Onlayn ictimai-siyasi qəzet
Doğulduğu Konyadan İstanbula getmək üçün mindiyi təyyarədə uzun müddət gözləməli olan tanınmış aparıcı Kadir Ezildi isti havanın təsirindən nəfəs almaqda çətinlik çəkdiyini qeyd edib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarədə saatlarla hərəkətsiz qaldıqlarını və kondisionerlərin texniki nasazlıq səbəbindən işləmədiyini bildirən Ezildi baş verənləri sosial media hesabında paylaşıb:
“Bir saatdır təyyarənin içindəyik. Bu istidə yandıq, bitdik. Üstəlik, kondisionerlər də işləmir”.
Gecikmədən sonra sərnişinlər müvəqqəti olaraq təyyarədən endirilərək hava limanı terminalında gözlədiliblər. Zəruri yoxlamalar aparıldıqdan sonra sərnişinlər yenidən təyyarəyə qaytarılıb və gecikmə ilə də olsa, İstanbul istiqamətində yola düşüblər.
Kadir Ezildinin bu hadisəni həm yumorla, həm də tənqidi üslubda paylaşması sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Ezildi iyulun 13-də Qamze adlı xanımla evlənib.
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ