Onlayn ictimai-siyasi qəzet
Türkiyə Suriyanın müxtəlif bölgələrində üç yeni hərbi baza yaratmaq niyyətindədir. Bu barədə məlumatı Türkiyənin “Aydınlık” qəzeti yayıb.
Musavat.com xəbər verir ki, Ankara ilə Dəməşq arasında gedən danışıqlar çərçivəsində Suriya ordusunun Türkiyə modelinə uyğunlaşdırılması, hərbi təlimlərin təşkili və bir sıra islahatların həyata keçirilməsi planlaşdırılır.
Lakin Türkiyənin Suriyada hərbi mövcudluğunu gücləndirməsi İsrail və bəzi ərəb ölkələrində ciddi narahatlıq doğurub. Onlar bu addımı regionda qüvvələr balansına təsir edə biləcək strateji dəyişiklik kimi qiymətləndirirlər.
Musvat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ