İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvanın Bakıya qəzəb püskürməsi buradan qaynaqlanır” –Professor

“İvan Ayvazovskinin (Ovanes Ayvazyan) büstünə görə həşir salan Mixail Şvıdko, Sergey Mixalkov, Konstantin Zatulin kimiləri rus imperiyasının təbliğat köpəkləridir”. 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Medianews.az-a açıqlamasında belə deyib.

“Moskvanın Bakıya qəzəb püskürməsi buradan qaynaqlanır” - <span style=color:red>Professor

O bildirib ki, rus imperiyası həmişə Azərbaycana qarşı ikiüzlü, məkrli və riyakar siyasət yeridib: “Yaddan çıxmayıb – Moskva Qarabağ münaqişəsi ilə bağlı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyir, o biri tərəfdən Yerevana dəstək verir, bu yandan da erməni separatçılarını şirnikləndirərək nəfis şəkildə “Artsax” ensiklopediyası, Qarabağın “qədim erməni torpağı olması” haqqında cəfəngiyyat dolu kitablar nəşr edirdi.

İndi Azərbaycanın özünün tam suverenliyini təmin etməsi, Ermənistanın da gerçəkləri tam anlayaraq Qərbə üz tutması, beləliklə, Cənubi Qafqazın əldən çıxması Kremli bərk qəzəbləndirib. İfşa və tərksilah edilmiş Moskvanın Bakıya qəzəb püskürməsi, Şvıdkoların böyük Puşkinin abidəsini görməyib Ayvazyana yalançı göz yaşları axıtması məhz burdan qaynaqlanır”.

Q.Məhərrəmli açıqlamasının sonunda vurğulayıb: “Bu arada ABŞ-ın Ukraynada müharibəni dayandırmaqla bağlı Rusiyaya verdiyi ultimatumun vaxtına 3-4 gün qaldı…”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR