Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq yaxın günlərdə yenidən Kiyevə səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı “Kyiv Post” yayıb.
Bildirilir ki, bu səfər Amerika liderinin Rusiya ilə sülh sazişinin bağlanması üçün müəyyən etdiyi son müddətin yaxınlaşması - avqustun 8-i fonunda baş tutacaq.
“Kyiv Post” yazır ki, Kelloqun qarşıdan gələn səfəri xəbəri Trampın başqa bir nümayəndəsinin - Stiv Vitkoffun Rusiyaya planlaşdırılan səfəri ilə üst-üstə düşür.
Mənbələr “Kyiv Post”un Vaşinqton müxbirinə bildiriblər ki, Vitkoffun səfəri “ruslar tərəfindən təklif edilib” və Trampın ilkin skeptisizminə baxmayaraq, bəyənilib. Prezident müşavirlərinə deyib ki, o, səfəri “mənasız” hesab edir”.
Qeyd edək ki, Kelloq qısa müddət öncə Ukraynada olaraq prezident Volodimir Zelenski ilə görüşüb.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ