İnsanlara hürriyət, millətlərə istiqlal!

"Microsoft"dan Hindistana ZƏRBƏ

ABŞ-ın texnologiya nəhəngi "Microsoft" Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları fonunda Hindistanın "Nayara Energy" şirkətini öz bulud (cloud) xidmətlərindən müvəqqəti ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Register" saytı məlumat yayıb.

Hadisə 18 iyulda Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul etməsindən sonra baş verib.

Sənəddə bildirilir ki, Hindistanın Vadinarda yerləşən neftayırma zavoduna sahib olan "Nayara Energy"nin 49%-i Rusiyanın dövlət şirkəti "Rosneft"ə məxsusdur.

Avropa İttifaqı hesab edir ki, "Nayara Energy" Rusiya hökumətinə əhəmiyyətli gəlir gətirən iqtisadi sektorda iştirak edir, buna görə də sanksiya obyekti sayılır.

"Nayara Energy" bu addımı "əsassız ittihamlar üzərində qurulmuş birtərəfli qərar" və "Beynəlxalq hüquq və Hindistanın suverenliyinin açıq pozuntusu" adlandırıb.

Qısa müddət sonra "Microsoft" şirkətin "Outlook" və "Teams" daxil olmaqla bulud məhsullarına çıxışını bloklayıb. Buna cavab olaraq "Nayara Energy" məhkəməyə müraciət edərək "Microsoft"u müqavilə öhdəliklərini pozmaqda suçlayıb və xidmətlərin bərpasını tələb edib. Lakin məhkəmə iclası başlamadan cəmi iki gün sonra "Microsoft" xidmətləri bərpa edib.

Çıxış bərpa olunsa da, "Nayara Energy" artıq yerli Hindistan şirkəti "Rediff" ilə yeni müqavilə bağlayıb, beləliklə xarici texnologiya tədarükçülərindən asılılığı azaltmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR