İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar spirtli içki qarşısında BELƏ ACİZ QALDI

Rusiyada spirtli içkilərin satışı ilə bağlı yeni məhdudiyyətlər gündəmdədir.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Duması 1 sentyabrdan etibarən yaşayış binalarının həyətində alkoqollu məhsulların satışının tam qadağan olunmasını tələb edir.

Təklifin təşəbbüskarı, deputat Sultan Xamzaev bildirib ki, bu addım əhalinin sosial rifahını qorumaq və ictimai asayişi təmin etmək məqsədi daşıyır. O, yerli hakimiyyətləri bu məsələdə daha sərt mövqe tutmağa çağırıb.

“İnsanlar artıq belə qonşuluqdan yorulublar. Həyətlərin içində fəaliyyət göstərən nəzarətsiz pivə dükanları və alko-marketlər demoqrafik böhrana, ölüm hallarının artmasına, sosial gərginliyə və cinayətkarlığa səbəb olur”, – deyə Xamzaev vurğulayıb.

Yeni qaydalara əsasən, yaşayış massivlərində fəaliyyət göstərən spirtli içki satışı məntəqələrinin fəaliyyəti ya tam dayandırılacaq, ya da başqa əraziyə köçürüləcək. İslahatın məqsədi cəmiyyətin sağlam həyat tərzinə keçidini sürətləndirmək və şəhər məkanında daha təhlükəsiz mühit yaratmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR