İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada BÖYÜK XAOS başladı - bu ilin sonunadək...

Rusiyada iqtisadi gərginlik nəqliyyat sektorunu da əhatə edib.

Musavat.com xəbər verir ki, Rusiya Dəmir Yolları (RJD) ciddi maliyyə çatışmazlığı ilə üz-üzə qalıb. Şirkətdə maaşların ödənilməsində yaranan çətinliklər və yükdaşıma xidmətlərinin azalması nəticəsində əməkdaşlar ödənişsiz məzuniyyətə göndərilir.

Məlumata görə, RJD-nin mərkəzi aparatında və bölgələrdə fəaliyyət göstərən yol idarələrinin işçiləri bu ilin sonunadək hər ay iki gün öz hesablarına məzuniyyət götürməyə məcbur ediləcək.

Bu addım şirkət rəhbərliyi tərəfindən qənaət tədbiri kimi qiymətləndirilsə də, mövcud vəziyyətin daha da pisləşəcəyindən narahatlıq artır. Ekspertlər bu prosesin uzunmüddətli iş yerlərinin ixtisarına və dəmir yolu sektorunda xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcəyini bildirirlər.

Hazırda Rusiya Dəmir Yolları ölkə iqtisadiyyatının əsas sütunlarından biri sayılır və bu sahədə yaranan böhran geniş sosial təsirlərə yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR