İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun oğlu mobil cihazların kodlarının qeydiyyatını ələ keçirir

Belarus prezidenti Aleksandr Lukaşenkonun ortancıl oğlu Dmitri Lukaşenkonun rəhbərlik etdiyi Prezident İdman Klubu (PİK) ölkədə mobil cihazların unikal identifikasiya kodlarının (IMEI) qeydiyyatı sistemini tətbiq etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Belarusda sabiq hüquq-mühafizə orqanı əməkdaşlarının yaratdığı BELPOL birliyi məlumat yayıb.

BELPOL-un məlumatına görə, əgər PİK ölkədəki bütün mobil cihazların qeydiyyatı üzrə eksklüziv hüquq əldə edərsə, bu, həm sabit gəlir gətirən, həm də ölkədəki bütün mobil cihazlar üzərində tam rəqəmsal nəzarəti təmin edən yeni və idarə olunan bir bazar yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR