Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Hindistanla ölkəsi arasında bir sıra mübahisəli məsələlər həll olunana qədər ticarət məsləhətləşmələrinin intensivləşəcəyini gözləmir.
Musavat.com xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin sualına cavab olaraq deyib.
Ondan 50 faizlik rüsumların tətbiqindən sonra danışıqların intensivləşməsinin gözlənilib-gözlənilmədiyi soruluşulub: “Həll yolu tapılana gələnə qədər xeyr”. Tramp Vaşinqton və Yeni Dehlinin hansı məsələləri həll etməli olduğunu gözlədiyini açıqlamayıb.
Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsulları aldığına görğ Hindistana əlavə 25 faiz rüsum tətbiq edib. Trampın fərmanına əsasən, Vaşinqton digər ölkələrə qarşı da oxşar tədbirlər görə bilər. Vaşinqtonun Hindistan mallarına 25 faiz rüsum tətbiq etmək barədə daha əvvəl verdiyi qərar nəzərə alınmaqla bu ölkədən ABŞ-a idxala tətbiq edilən tariflər 50 faizə qalxıb.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ