İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrail HƏMAS-a son ultimatum verəcək

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-a əsirlərlə bağlı sərt ultimatum verməyə hazırlaşır. Əgər radikal qrup tələbləri yerinə yetirməsə, İsrail Qəzza zolağında hərbi əməliyyatların miqyasını artıracaq.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, Təl-Əviv HƏMAS-dan qalan azı 20 israilli əsirin dərhal azad edilməsini, habelə 30 nəfər ölmüş əsirin cəsədinin geri qaytarılmasını tələb edir. Əvəzində isə İsrail həbsxanalarındakı bir sıra fələstinli məhbusların azad edilməsinə razı ola bilər.

Bundan başqa, ABŞ və İsrail HƏMAS-dan gələcəkdə silahlı mübarizədən tamamilə imtina etməyi və silahları təslim etməyi tələb edir.

Lakin HƏMAS nümayəndəsi Mahmud Mardavi bu tələbi rədd edib:

“Bu, bizim ilkin şərtimiz idi: müharibənin dayandırılması, məhbusların azad edilməsi və Qəzza üçün hərtərəfli razılaşma. Silahı yerə qoymaqdan söhbət gedə bilməz”.

İyulun 27-də HƏMAS-ın Qəzzadakı lideri Xalil əl-Hayya mühasirə şəraitində İsraillə danışıqların mənasız olduğunu bildirib. Eyni zamanda Netanyahu Qətərdə danışıqlar aparan İsrail nümayəndə heyətini geri çağırıb. ABŞ xüsusi nümayəndəsi Stiven Uitkoff da bildirib ki, HƏMAS-ın cavabı atəşkəsə marağın olmadığını sübut edir, buna görə Vaşinqton da danışıqlardan çəkilib.

HƏMAS isə bu mövqeni təkzib edərək öz cavablarını “konstruktiv” adlandıran vasitəçilərin olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR