İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda hakim partiyanın deputatının oğlu polisə aparılıb

Ermənistanda hakim "Vətəndaş sazişi" partiyasının deputatı Sergey Baqratyanın oğlu Şant Baqratyan polis tərəfindən aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Məlumata görə, Şant Baqratyan davada iştirak edib və Ermənistan İstintaq Komitəsinə aparılıb.

Daha əvvəl 168.am saytı yazmışdı ki, Sergey Baqratyan və oğlu deputatın avtomobilini düzgün park etmədiyinə görə onu oradan çəkməyi tələb edən vətəndaşı döyüblər.

Ermənistan Daxili İşlər Nazirliyi insidentdən sonra bir neçə şəxsin polisə aparıldığını açıqlayıb. Hadisə yerinə gələn patrul xidmətinin əməkdaşları ilə Şant Baqratyan arasında da mübahisə yaşandığı bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR