İnsanlara hürriyət, millətlərə istiqlal!

Adambaşına ipoteka: Azərbaycan Gürcüstan və Ermənistandan niyə geri qalır?

“Əhalinin mənzil təminatının yaxşılaşmasında ipoteka kreditlərinin rolu əvəzsizdir. Hökumətlər müxtəlif sosial dövlət proqramları vasitəsilə ipoteka kreditləşməsini dəstəkləyirlər, xüsusilə də həssas sosial qrupların belə kreditlərə əlçatanlığını artırmaq siyasəti yürüdür”.

Musavat.com xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.

SAMİR.jpg (28 KB)

O qeyd edib ki, Cənubi Qafqaz ölkələrində müxtəlif sosial qruplara hədəflənmiş dövlət proqramları həyata keçirirlər:

“Əhali və iqtisadiyyatın həcminə görə bir-birindən fərqlənən bu 3 ölkədə ipoteka bazarı da fərqli inkişaf edir.

Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən bankların ipoteka portfelinin analizi göstərir ki, digər bank göstəricilərində olduğu kimi, ipoteka kreditləşməsinin həcminə görə də Gürcüstan liderdir. Cari ilin 6 ayı ərzində bu ölkədə kreditləşmənin həcmi 4.7% artaraq $4,3 milyarddan $4.6 milyarda yüksəlib.

2025-ci ilin ilk yarısında Azərbaycan və Ermənistanda portfelin artımı eyni səviyyədə - 4,4% olsa da, həcmi kəskin fərqlənir. Bu müddətdə Azərbaycan bankları ipoteka krediti portfelini $2,6 milyarda, Ermənistan isə $4 milyarda çatdırıb.

İyun ayının sonunda bankların kredit portfelində ipoteka kreditlərinin payı Gürcüstanda 18,8%-ə, Ermənistanda 21,8%-ə, Azərbaycanda isə 15,6%-ə bərabər olub”.

İqtisadçı bildirib ki, hazırda adambaşına düşən ipoteka kreditinin həcmi Gürcüstanda $1240-a, Ermənistanda $1289-a, Azərbaycanda isə $255-ə bərabərdir:

“Təsəvvür edin ki, Azərbaycanda əhalinin sayı digər ölkələrdən təxminən 3 dəfə çoxdur, ancaq ipoteka krediti portfelinin həcmi 1,5-2 dəfə, adambaşına düşən ipoteka kreditinin həcmi 5 dəfə azdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR