Onlayn ictimai-siyasi qəzet
Yəməndəki “Ənsar Allah” (Husi) hərəkatı İsrailin Ben-Qurion hava limanına hipersəs ballistik raketlə hücum etdiklərini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə hərəkatın silahlı qanadının sözçüsü Yəhya Sariya “Al Masirah” telekanalında yayımlanan müraciətində məlumat verib.
Sariyanın sözlərinə görə, hücum “Fələstin-2” adlı hipersəs ballistik raketi ilə həyata keçirilib.
O bildirib ki, əməliyyat uğurla başa çatıb və İsrailin əsas hava limanının fəaliyyəti dayandırılıb.
Hadisə avqustun 5-nə keçən gecə baş verib. Həmin vaxt İsrail müdafiə qüvvələri Yəməndən buraxılan raketin ölkənin hərbi hava qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Bir neçə bölgədə hava hücumu sirenləri işə düşüb. Dağıntı və tələfat barədə məlumat verilməyib.
İsrail tərəfi isə Ben-Qurion hava limanına raket zərbəsi endirilməsi faktını rəsmi olaraq təsdiqləməyib.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ