İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 45 ildə beləsi olmamışdı - GÖRÜNMƏMİŞ HADİSƏ - FOTO

Cənub yarımkürəsinin qışını yaşayan Avstraliyanı təkcə son illərin deyil, yarım əsrin ən güclü qarı vurub.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

1980-ci illərdən bəri görünməyən intensiv qar yağışı Yeni Cənubi Uels və Kvinslend ştatlarını ağ rəngə bürüyüb.  Kvinslendin bəzi hissələri son 10 ildə ilk dəfə qarla örtülüb.

Güclü fırtına binalara ziyan vurub, 100-dən çox avtomobil qar səbəbindən yollarda qalıb. Bir sıra ərazilərdə böyük daşqın xəbərdarlığı edilib. ABC dövlət televiziyası bir gecədə minlərlə evin işıqsız qaldığını bildirib.

Avstraliya Meteorologiya Bürosunun meteoroloqu Miriam Bredberi Yeni Cənubi Uelsin şimalında qarın qalınlığının 40 santimetrə çatdığını, bunun 1980-ci illərin ortalarından bəri ən yüksək göstərici olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR