Onlayn ictimai-siyasi qəzet
ABŞ-lı sürücü Kris Raşke 457 km/saat sürətlə hərəkət edərkən avtomobil qəzasına uğrayıb və aldığı xəsarətlərdən həyatını itirib.
Musavat.com xəbər verir ki, 60 yaşlı sürücü “Speed Demon” adlı avtomobili ilə ABŞ-ın Bonneville duz səhrasında sürət rekordu qırmağa cəhd edib. O, cəmi 3 kilometrdən bir qədər çox məsafə qət etdikdən sonra idarəetməni itirib.
Hadisə yerində ona ilkin tibbi yardım göstərilsə də, sonradan aldığı ağır xəsarətlər nəticəsində vəfat edib.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ