İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirill klassikaya qayıtdı - 30 min avroluq saatla gündəmdədir

Rusiya Pravoslav Kilsəsinin başçısı, Müqəddəs Patriarx Kirill dəbdəbəli aksesuarı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, 30 iyul tarixində Laos prezidenti ilə keçirilən görüş zamanı onun biləyində "Breguet Classique 5177BR" markalı saat görüntülənib.

Bu modelin qiyməti təxminən 30 min avro təşkil edir.

Saatın texniki xüsusiyyətləri bunlardır:

– 18 karatlıq qızıl korpus (yəni tərkibində 75% saf qızıl),

– 38 mm diametr,

– 55 saatlıq enerji ehtiyatı,

– və şəffaf sapfir arxa qapaq, bu da saatın mexanizmini görməyə imkan verir.

Kirillin bu saatı daha əvvəl — mayın 3-ü və 4-də də taxdığı görünmüşdü, lakin marka dəqiq müəyyən edilməmişdi. İndi isə aydın olub ki, həmin saat da "Breguet Classique 5177BR" imiş.

Patriarxın "Breguet" markalı saatı ilk dəfə 2012-ci ildə, Rusiya Pravoslav Kilsəsinin rəsmi saytında yayımlanan bir fotoda görünüb. Həmin vaxt saatın görüntüsü fotodan silinib, lakin redaktor onun əksini masa səthindən silməyi unudub.

Televiziya aparıcısı Vladimir Solovyov isə Kirillin Medvedev tərəfindən hədiyyə edilən “ucuz rus saatı” taxdığını iddia edib.

2025-ci ildə Patriarx Kirill "Suunto 9 Baro Titanium" və "Apple Watch" kimi ağıllı saatlar taxıb — halbuki, əvvəllər "rəqəmsal konslager" anlayışını tənqid edib. Bütün bu faktlarla bağlı nə o zaman, nə də indi Rusiya Pravoslav Kilsəsi jurnalistlərin sorğularına cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR