Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Sabah” qəzetinin yayımladığı məlumata əsasən,Suriyanın şimal və şərq bölgələrində yerləşən bir sıra Rusiya hərbi obyektləri hazırda PYD/YPG qruplaşmaları və ABŞ xüsusi təyinatlıları tərəfindən nəzarətəgötürülərək talan olunur.
Musavat.com xəbər verir ki, qeyd olunan bu silahlı birləşmələr beynəlxalq mediada “Suriyakürdlərinin müdafiə qüvvələri” kimi təqdim olunsa da, PKK ilə ideoloji və təşkilati bağlılıqları səbəbilə Türkiyə və region ölkələri tərəfindən terrorçuqruplaşmaların törəmə struktur və qanadları kimi qiymətləndirilir.
Məlumatlara görə, Kamışlı və Deyr əz-Zor hava limanları, Kəvkəb hərbi bazası və Ayyaşdakı silah anbarları buqüvvələrin nəzarətinə keçib. Paylaşılan kadrlarda T-72 tankları, BMP-1 zirehli döyüş maşınları və ilk dəfə olaraq sovet istehsalı 2K12 “Kub” zenit-raketburaxılış qurğuları müşahidə olunub.
Hərbi ekspertlər qeyd edirlər ki, bu buraxılış qurğularının mövcudluğu həmin silahların idarəolunma, radar vəatəşə nəzarət sistemlərinin də yaxınlıqda yerləşdiyini göstərir. Bu isə artıq PYD/YPG qruplarının hava hücumundan müdafiə imkanlarını genişləndirməyəbaşladığını göstərir.
Sabah.com.tr-nin yazdığına görə, ABŞ bu sistemlərin təkmilləşdirilməsi və işə salınması üçünyaxın günlərdə Ukraynadan texniki heyət və lazımi avadanlıqlar gətirməyə hazırlaşır. Məqsəd, Suriyadakı PYD/YPG qüvvələrinin pilotsuz uçuş aparatlarınavə potensial hava hücumlarına qarşı müdafiə qabiliyyətini artırmaq və beləliklə, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hava üstünlüyünübalanslaşdırmaqdır.
Bu infrastruktur peyklər, radar sistemləri və uzaqdan idarəetmə texnologiyası ilə dəstəklənəcək partizantipli hava müdafiə şəbəkəsi formasında qurulacaq.
Müşahidəçilər bildirir ki, bu, əslində, PKK -nın şəkildəyişdirməsi olan PYD/YPG-nin terrorçu birləşmə kimideyil, geosiyasi aktor kimi formalaşdırılması planının tərkib hissəsidir.
Bölgədə baş verən bu transformasiya İsrailin də diqqətindən yayınmayıb. Hərbi mənbələrin yaydığıməlumata görə, İsrail aviasiyası Kamışlı yaxınlığında bir neçə simvolik hava zərbəsi endirib. Bu zərbələrin məqsədi, ehtimal ki, PYD/YPG-nin artan hərbipotensialını cilovlamağa və bölgədə balansı qorumağa yönəlib.
Foto: Ayyaş bölgəsində çəkilmiş görüntülərdə TIR-larla daşınan T-72 tankları və zirehli texnika görünür
Mənbə: Sabah.com.tr – “Suriye’de PKK’dan SSCBTipi HAM Stratejisi”
ZƏRURİ İZAHAT:
* PKK (Kürdüstan Fəhlə Partiyası) – Türkiyə, ABŞ və Aİtərəfindən terror təşkilatı kimi tanınıb. Mərkəzi qərargahı Qəndildədir. Hərbi
qanadı HPG-dir. PKK güya silah buraxmaqla bağlı Türkiyə dövləti ilə anlaşıb.Amma görünın budur ki, əslində şəkil dəyişdirib.
* PYD (Demokratik Birlik Partiyası) – Suriyanın şimalındasiyasi partiya olaraq fəaliyyət göstərir, PKK-nın Suriya qolu kimi tanınır.
* YPG (Xalq Müdafiə Dəstələri) – PYD-nin silahlıqanadıdır. Rəsmi olaraq “Suriya kürdlərinin özünümüdafiə qüvvəsi” kimi təqdim
olunur, lakin struktur və liderlik baxımından PKK ilə tam əlaqəlidir.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində
izləyəcəksiz.
Qonağımız siyasi analitik Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımızda iştirak edə bilər.
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ