Onlayn ictimai-siyasi qəzet
Türkiyədə diplom və elektron imza saxtakarlığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Dövlət qurumlarının saxta elektron imzalarını ələ keçirən dəstə üzvləri pul müqabilində diplom, sürücülük vəsiqəsi və digər sənədlər hazırlayıblar. İstintaq çərçivəsində 37 nəfər saxlanılıb.
Hadisə ilə bağlı ortaya çıxan təfərrüatlar diqqət çəkib. Məlum olub ki, orta məktəbi yenicə bitirən bir şəxs əvvəlcə saxta attestat əldə edib, daha sonra isə Baş Narkotik Müvəkkilinin şəxsiyyətini saxtalaşdırıb. Onun “dələduzluq” maddəsi ilə axtarışda olduğu da iddia edilir.
“Halk TV”nin xəbərinə görə, araşdırmalarda yeni faktlar üzə çıxıb. Saxta diplom sahibi Abdullah Volkan Uçakın sənədlərdə Ege Universitetində həm bakalavr, həm də klinik magistr təhsili aldığı göstərilir. Bununla belə, Uçakın 2018-2019-cu illərdə Adana Xalça Təmizləyənlər Dərnəyinin sədri olduğu məlum olub.
İddialara görə, Volkan Uçak seans başına 4500 TL alıb. Faktla bağlı istintaq davam edir.
Şahanə Rəhimli
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ