İnsanlara hürriyət, millətlərə istiqlal!

Neytral ölkənin gizlinləri -Vipeholmda uşaqlar üzərində qəddar təcrübələr aparılıb

1930-cu illərdə İsveçdə bu gün qorxu filmi ssenarisi kimi səslənən bir təcrübə aparılıb. Vipeholm psixiatriya klinikasında həkimlər əqli cəhətdən qüsurlu uşaqları, demək olar ki, yalnız şəkərlə qidalandırıblar.

O zaman İsveçdə əlillər sosial normalara uyğun gəlməyib, ona görə də onların hüquqları olmayıb. Əslində uşaqlar şirniyyatları bəyənməli olub, amma “elmi araşdırma”nın sakit lövhəsinin arxasında dəhşətli nüans gizlənib. Klinikanın içərisində baş verənlər diqqətlə gizlədilib və yalnız uzun illərdən sonra dəhşətli detallar üzə çıxıb.

 

xes-1.jpg (153 KB)

Elm adamları şəkərin dişləri məhv etdiyini necə biliblər?

1930-cu illərdə İsveçdə üç yaşından kiçik uşaqlar diş kariyesindən əziyyət çəkiblər, bunun səbəbi əksər ölkələrdə stomatologiyanın zəif səviyyədə olması göstərilib. Məsələn, ABŞ-də dişsizlik o qədər geniş yayılıb ki, I və II dünya müharibələrinə yalnız ən azı altı bütöv dişi olan kişilər çağırılıb. Bu, əsas xəstəliyin nəticəsi olub, yoxsa əhalinin ümumi qidalanması ilə bağlı olub? Odur ki, alimlər şirniyyatların rolunu araşdırmaq qərarına gəliblər.

Dişlərin epidemiyası ilə üzləşən İsveç hökuməti 1930-cu illərdə pəhriz və şirniyyatların rolunu öyrənməyə icazə verib. Belə bir araşdırma aparmaq üçün ideal yerin İsveçin Lund yaxınlığındakı böyük bir müəssisə olan Vipeholm psixiatriya xəstəxanası olacağı qərara alınıb. Ərazi 1935-ci ildə ağır əqli qüsurlu insanlar üçün sığınacağa çevrilib.

x3s-4.jpg (45 KB)

1940-cı illərin ortalarında İsveçdəki Vipeholm klinikasının divarları arasında təcrübə başlayıb. Həkimlər vitamin araşdırması adı altında əqli qüsurlu yüzlərlə xəstəni təcrübə dovşanına çeviriblər.

Onlara hər gün böyük dozada şirniyyat verilib - konfet, şokolad və xüsusilə dişlərə mümkün qədər uzun müddət yapışmaq üçün xüsusi olaraq hazırlanmış şirniyyat. Karamel və iris gündə 20-30 ədəd, bəzən gecələr, bəzə isə yatmazdan əvvəl verilib.

Məqsəd dişləri məhv etmək və şəkərin çürüklərə necə səbəb olduğunu sübut olub. Xəstələr onların üzərində sınaq aparıldığından xəbərsiz olublar. Əqli cəhətdən qüsurlu uşaqlar ümumiyyətlə yazılı və ya şifahi formada heç bir razılıq verməyiblər və nə baş verdiyini anlanayıblar. 1947-1949-cu illərdə 660 iştirakçıdan təxminən 100-ü dişlərini tamamilə itirib.

Ancaq həkimlər xoşbəxt olublar: “elmi baxımdan” hər şey uğurlu alınıb. Əldə edilən məlumatlar şəkərin dişləri həqiqətən məhv etdiyinə dair ilk möhkəm sübut olub.

xes-3.jpg (202 KB)

Bütün bunlar konfet istehsalçıları tərəfindən maliyyələşdirilib. Paradoks ondadır ki, iş adamları əvvəlcə tədqiqatı dəstəkləyib və nəticələrin əlverişsiz olduğu ortaya çıxanda həkimləri susdurmağa çalışıblar. Nəşr 1953-cü ilə qədər təxirə salınıb və alimlər pul verənlərin qaydaları ilə oynayıblar.

Eksperiment səlahiyyətlilərin xeyir-duası ilə başlayıb, lakin tezliklə nəzarətdən çıxıb. Əvvəlcə xəstələrin qida rasionuna vitaminlər əvəzinə şəkər əlavə edilib. Sonra dozalar dəhşətli olub. Tədqiqatda əvvəlcə iştirak edən tibb bacıları və xəstəxana işçiləri layihədən uzaqlaşdırılıb və təcrübələrdə yalnız ən müdafiəsiz olanlar qalıb. Camaat həqiqəti dərhal öyrənməyib və məlumatlar üzə çıxanda belə, əsas diqqət baş verənlərin mənəviyyatına deyil, niyə bu qədər susduqlarına yönəldilib.

Bu gün belə bir təcrübə tibbi etikanın kobud şəkildə pozulması hesab olunar. Lakin 1940-cı illərdə hər şey “elmin xeyrinə” görünüb. Yalnız 1990-cı illərdə eksperimentin mənəvi tərəfi ciddi müzakirə olunmağa başlayıb və 2000-ci illərdə İsveç ombudsmanı Vipeholm qurbanlarının əbəs yerə əziyyət çəkdiyini rəsmən etiraf edib.

xes-2.jpg (139 KB)

Qəribədir ki, bu dəhşətli təcrübənin nəticələrindən biri İsveçdə hələ də yaşayır: “lerdagsgodis” – yalnız şənbə günləri şirniyyat yemək ənənəsi. Bu, Vipeholmun təcrübələrindən sonra, elm adamları şəkərin zərərinin hər gün bir az deyil, bir dəfə yeyildikdə azaldığını başa düşdükdən sonra yaranıb.

İsveçli jurnalist Tomas Kanger bu barədə yazıb: “O vaxt həkimlərin ağır əqli qüsurlu insanlar adlandırdıqları kimi “bu axmaqlar” ölkənin hər yerindən kiçik şöbələrdən toplanıb. Xəstələr əvvəlcə 650 nəfər olub, sonra onların sayı 1000-i keçib. Böyük zallara gətirilən xəstələr əvvəlcə heç bir fəaliyyət göstərmədən, sadəcə olaraq, ora-bura qaçışıblar. Xüsusilə əqli cəhətdən qüsurlu uşaqlar soyuq su ilə çimizdirilib”.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR