İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatkada yenidən güclü zəlzələ baş verib

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.

Xatırladaq ki, avqustun 4-də Kamçatkada 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.

Zəlzələlər fonunda Kraşeninnikov vulkanı püskürmüş, sakinlər üçün avqustun 10-a qədər fəaliyyət göstərməsi planlaşdırılan müvəqqəti yerləşdirmə məntəqələri yaradılmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR