İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər yeni dinozavr cinsi aşkar etdi: 183 milyon illik sirr açıldı

Musavat.com xəbər verir ki, Avropa paleontoloqları 47 il əvvəl tapılmış fosil üzərində apardıqları yeni tədqiqat nəticəsində əvvəllər məlum olmayan plesiozavr cinsini müəyyən ediblər.

Bu barədə PeerJ elmi jurnalında dərc olunmuş araşdırmada qeyd olunur. Alimlərin fikrincə, fosil uzun illərdir müxtəlif araşdırmalara cəlb olunsa da, onun anatomiyası və taksonomik mənsubiyyəti indiyədək dəqiq təyin edilməmişdi.

Tədqiqat nəticəsində bu qədim su canlısı Plesionectes longicollum (“erkən uzunboyun üzgüçü”) adlandırılıb. Canlının təxminən 183 milyon il əvvəl yaşadığı, nəslinin isə 66 milyon il əvvəl – dinozavrlarla eyni dövrdə tükəndiyi müəyyən edilib.

Qeyd edək ki, plesiozavrlar Mezozoy erasının məşhur dəniz sürünənləri arasında yer alıb və uzun boyunları ilə seçilirdilər. Yeni aşkar edilən cins bu canlılar haqqında elmi biliklərə əhəmiyyətli töhfə verir.  

 

Musavat.com

photo_2025-08-04_23-34-05.jpg (131 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR