İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdəki ağır qəza ilə bağlı BDYPİ-dən AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.

Bu barədə Musavat.com-a BDYPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR