Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışlarından birində ölkəsini qeyri-adi bir bənzətmə ilə izah edib.
Musavat.com xəbər verir ki, o, Ermənistan Respublikasını evdəki soyuducuya bənzədərək, ölkədəki vəziyyətə görə xalqın da məsuliyyət daşıdığını vurğulayıb.
“Kim soyuducusuna yaxınlaşıb deyir ki, indi qapını açıram və əgər içində 2 kiloqram keyfiyyətli pendir, 2 paket yağ, bir litr süd yoxdursa, səni pəncərədən atacağam? Heç kim bunu etməz. Çünki bilirik ki, soyuducuda nə varsa, onu biz özümüz qoymuşuq. Ermənistan Respublikası da bizim evimizdir. Orada olan hər şey də bizim qoyduqlarımızdır”, – deyə Paşinyan bildirib.
Bu açıqlaması ilə baş nazir Ermənistan cəmiyyətində ölkədəki vəziyyətə görə məsuliyyətin yalnız hökumətə deyil, eyni zamanda ictimaiyyətə də aid olduğunu çatdırmağa çalışıb.
Paşinyanın bu sözləri ölkədəki sosial-iqtisadi vəziyyətə dair artan narazılıqlar fonunda səsləndirilib. Ermənistanın müxalifət dairələri və ictimai fəallar isə bu cür bənzətmənin vəziyyəti yumşaltmaq cəhdi olduğunu iddia edirlər.
Musavat.com
05 Avqust 2025
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ