Onlayn ictimai-siyasi qəzet
Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk NATO ölkəsi olacaq. Musavat.com xəbər verir ki, məlumatı krallığın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans X hesabında açıqlayıb: “Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silah sistemləri, o cümlədən komponentlər və Patriot raketləri paketi təqdim edən ilk NATO ölkəsi oldu”.
Ölkənin Müdafiə Nazirliyinin açıqlamasına görə, tədarük ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən iyulun 14-də işə salınan Ukrayna üçün prioritet silahlar üzrə yeni Amerika mexanizmi - Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) çərçivəsində həyata keçirilir. Bu mexanizmə görə, NATO müttəfiqləri Amerikanın ehtiyatlarından Ukrayna üçün silah alırlar. İlk Hollandiya paketinə hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və digər mühüm avadanlıqlar daxildir.
Brekelmansın sözlərinə görə, bu cür yardım “artıq verilən dəstəyi əvəz etmir, əksinə, onu tamamlayır”. PURL xətti ilə çatdırılmalar hər iki-üç həftədən bir həyata keçirilməlidir.
Musavat.com
05 Avqust 2025
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ