İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elçin istəmirdi ki, xəstəxanada yatdığını kimsə bilsin”

Xalq şairi Nəriman Həsənzadə ötən gün 82 yaşında dünyasını dəyişən görkəmli yazıçı, dramaturq və ictimai xadim, Xalq yazıçısı Elçin Əfəndiyev haqqında dərin kədərini ifadə edib. O, Əfəndiyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və dövlətçilik ənənələrinə böyük töhfələr verdiyini vurğulayıb.

Nəriman Həsənzadə Musavat.com-a açıqlamasınsa bildirib:

"Bütün deyilənlərə mən bunu da əlavə etmək istəyirəm ki, Elçin müəllim hər şeydən əvvəl bir insan kimi yaşadı. Onun xatirəsi dünyada ən gözəl insanın xatirəsi kimi yaddaşlarda qalacaq, eyni zamanda xalqın, dövlətin və millətin dəyərli yaddaşı kimi yaşayacaq. Çünki o, xalqını, millətini ürəkdən sevirdi".

Xalq şairi qeyd edib ki, sağlığında Elçin Əfəndiyevlə bir neçə dəfə əlaqə saxlayıb:

"Sonuncu dəfə isə mənə çatdı ki, xəstəxanadadır. Məncə, o, xəstəxanada olduğunu insanların hiss etməsini istəmirdi. Mən də bu səbəbdən zəng edib narahat etmək istəmədim. Onu həmişə sağlam, gülərüz görmək istədim".

Şahanə Rəhimli
Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR