İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİ: öncə Kiyevə gedir, sonra “Şuşa Bəyannaməsi” üçün Azərbaycanla..

Ukraynanın Türkiyədəki səfiri Nariman Cəlal "RBK-Ukrayna"ya müsahibəsində bildirib ki, Prezident Zelenski şəxsən Rəcəb Tayyib Ərdoğana Kiyevə rəsmi səfər üçün dəvət göndərib.

Musavat.com xəbər verir ki, diplomat bu səfərin asan baş tutmadığını vurğulayıb:


“Bu səfərin reallaşması üçün ciddi səylər göstərilməlidir, çünki onun qarşısında dayanan bir sıra maneələr var”.

Əsas gündəm mövzularından biri Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.

Qeyd edək ki, Ankara və Kiyev arasında iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq son illərdə daha da dərinləşib.
Teleqram kanallarında yayılan məlumatlara görə, Ərdoğan eyni zamanda Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətləri düzənləmək və ölkəmizə dəstək vermək adına “Şuşa Bəyannaməsi”ndən irəli gələn bəzi addımlar atacaq. Bu müddət ərzində ölkələr arasındakı gərginliyin azalacağına ümid edən Ərdoğan nəhayət dost-tərəfdaş olaraq məsələyə müdaxilə edəcək. Bu isə son zamanlar Azərbaycanın üzərinə bütün sferalarda gələn Rusiyaya sərt şapalaq olacaq.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR