İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Çinə qarşı HƏRƏKƏTƏ KEÇİR

Avropa İttifaqı Rusiyaya pilotsuz təyyarələr üçün komponentlər tədarükünə və Ukraynada xüsusi hərbi əməliyyata dəstək verdiyinə görə Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı “Politico”ya avropalı diplomat açıqlayıb:

“Avqustdan sonra biz sanksiyalar tətbiq etməyə çalışacağıq. Biz dialoq və konkret hərəkətlər istəyirik”.

Bundan əvvəl Qərb mediası Çin istehsalı olan pilotsuz təyyarə mühərriklərinin Qərbin sanksiyalarından yan keçərək, sənaye soyuducu qurğuları adı altında Rusiyaya tədarükü ilə bağlı məlumatlar dərc edib.

Ukraynada müharibə başlayandan sonra ABŞ və Avropa İttifaqı Çin şirkətlərinə qarşı Rusiyanın müdafiə sənayesini dəstəklədiklərinə görə bir sıra sanksiyalar tətbiq edib. Çin bu ittihamları rədd edərək, onların əsassız olduğunu bildirir. Lakin Ukrayna bir neçə gün əvvəl ölkə ərazisinə hücum edən dronların Çin istehsalı olan detallarını, o cümlədən mühərriklərini nümayiş etdirməklə Çindən izahat tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR