İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK ARAŞDIRMA: Rusiyada 129 şəhər xəritədən silinə bilər

Rusiyada ümumi əhalisi 3,4 milyon nəfər olan 129 kiçik şəhər yox olmaq təhlükəsi ilə üz-üzədir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının (RANEPA) ekspertləri araşdırma aparıb.

Tədqiqatın nəticələri “İzvestiya” nəşrində dərc olunub.

Araşdırmaya əsasən, son 10 ildə sözügedən şəhərlərdə əhalinin sayı 314 min nəfər azalıb. Əhalinin azalması ilə yanaşı, məşğulluğun aşağı düşməsi, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması da bu yaşayış məntəqələrinin yox olmasına səbəb olur.

Əhalinin azalması xüsusilə ölkənin şimalında yerləşən kömür, metallurgiya və ağac emalı sənayesi şəhərlərində, həmçinin depressiv bölgələrdəki ucqar şəhərlərdə daha qabarıq şəkildə müşahidə olunur.

Prezident Akademiyasının inkişaf iqtisadiyyatı üzrə tədqiqat laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, bəzi şəhərlər bir neçə nəsil ərzində tədricən kiçilə bilər və bu proses, bəzi hallarda, geri dönməz xarakter daşıyır.

“Əgər yeni iqtisadi stimullar yaransa, (məsələn, logistika axınlarının yenidən qurulması, sənaye və ya aqrar-sənaye klasterlərinin yaradılması, turizm sahəsində investisiya layihələrinin icrası və ya yerli istehsalın bərpası) o zaman kiçik şəhərlər öz funksiyalarını qismən də olsa bərpa edə bilər”, – deyə ekspert bildirib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR