İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ayakve” HƏRƏKƏTƏ KEÇİR

Ermənistanda revanşist “Ayakve” hərəkatı hökuməti ölkənin təhlükəsizlik sistemini məqsədli şəkildə dağıtmaqda və Ermənistanı Türkiyəyə tabe etdirməyə hazırlıq görməkdə ittiham edib.

Musavat.com xəbər verir ki, hərəkatın yaydığı bəyanatda bu addımların Ermənistanın suverenliyini ciddi təhlükə altına atdığı vurğulanıb.

Bəyanatda qeyd olunub:

“Hakimiyyətin dəfələrlə nümayiş etdirdiyi davranış modeli - məsuliyyətdən yayınmaq və onu başqalarının üzərinə atmaq cəhdi, eləcə də siyasi hərəkətsizlik - Ermənistanın üzərinə gələcək hücumun qarşısını almağa imkan verməyəcək. Bu hücum artıq açıq şəkildə anons edilib”.

“Ayakve” bu vəziyyətin Ermənistanda fəaliyyət göstərən yerli qüvvələr üçün açıq siqnal olduğunu bəyan edərək bildirib:

Təşkilatın verdiyi bəyanata görə, “Türkiyə və Azərbaycan tərəfindən Ermənistanın udulmasının qarşısını almaq üçün bütün milli qüvvələr səfərbər olmalı, siyasi məsuliyyət götürməli və “ölkənin xilası naminə” yeni bir layihənin həyata keçirilməsinə başlanılmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR