Onlayn ictimai-siyasi qəzet
Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan Ermənistan parlamentində hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Vaqarşak Akopyanı məhkəməyə verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ölkənin rəsmi məhkəmə portalı "datalex.am" saytında yerləşdirilib.
Qalstanyan deputatı böhtan və təhqirdə ittiham edərək ondan 3 milyon dram (təxminən 7,5 min ABŞ dolları) məbləğində təzminat tələb edir.
Qeyd edək ki, bundan əvvəl də Qalstanyan eyni ittihamlarla Ermənistanın səhiyyə naziri Anahit Avanesyan, baş nazirin aparat rəhbəri Arayik Arutyunyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, İctimai Televiziyanın aparıcısı Petros Qazaryan, “Mülki Müqavilə” fraksiyasının üzvü Hasmik Akopyan və daha beş ictimai xadimə qarşı məhkəmə iddiası qaldırıb.
Onların hamısı arxiyepiskop tərəfindən böhtan və təhqirdə günahlandırılır.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ