Onlayn ictimai-siyasi qəzet
“Mercedes” markalı avtomobillə elektrovozun toqquşması zamanı xəsarət alan yaşlı qadın dünyasını dəyişib. Qəzaya səbəb olan isə mərhumun nəvəsi, “Mercedes”in sürücüsü 24 yaşlı Sərxan olub.
Musavat.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.
Toqquşma nəticəsində avtomobilin sürücüsü Sərxan xəsarət alıb. Arxa oturacaqda əyləşən Püstəxanım adlı yaşlı qadın isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Dünyasını dəyişən yaşlı qadın Sərxanın nənəsi olub.
Sərxan turizm şirkətlərindən birində sürücü işləyirmiş. O, 02:30 radələrində avtomobillə hərəkətdə olan zaman diqqətsizlik edərək elektrovozun yoluna çıxıb.
Qəzanı törədən Sərxan məsuliyyətə cəlb edilib. Onun barəsində 4 il həbs cəzası təyin edilib. Sərxan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ