İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Anar göz yaşlarını saxlaya bilmədi: "Ən yaxşı dostumu itirdim, taleyin cəzasıdır" - VİDEO

Azərbaycan ədəbiyyatı böyük yazıçısını, xalqımız isə böyük bir xadimini itirdi.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq yazıçısı Elçinlə vida mərasimində deyib.

Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini bildirib:

“Mən ən yaxın dostumu itirdim. Bu, taleyin cəzasıdır, bəlkə də mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır”.

Şahanə Rəhimli
Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR