Onlayn ictimai-siyasi qəzet
Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 244 PUA-nı vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemləri yeddi idarə olunan aviasiya bombasını və təyyarə tipli 244 pilotsuz uçuş aparatını vurub”, - hesabatda deyilir.
Ukrayna gecə saatlarında Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna edilən hücumu təsdiqləyib. Ukrayna Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, 6 avqust 2025-ci ildə Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına məqsədyönlü şəkildə hücum edib.
Diqqətə çatdırılıb ki, sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.
Məlumata görə, stansiyaya dronlar vasitəsilə hücum edilib. Hadisə yerinə mütəxəssislər cəlb olunub və onlar dəyən ziyanın həcmi ilə bağlı hesablamalar aparırlar. Ukrayna Energetika Nazirliyi Rusiyanın enerji təsisatlarını hədəf almasından sonra heç bir nəticə ilə üzləşməyəcəyi təqdirdə, Avropadakı infrastrukturun da təhlükədə olacağı ilə bağlı xəbərdarlıq edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ