İnsanlara hürriyət, millətlərə istiqlal!

Druz icması ilə hökumət qüvvələri arasında yeni atəşkəs razılaşması əldə olundu

Suriyada hökumət qüvvələri ilə ölkənin cənub bölgələrində yaşayan druz icması arasında yeni atəşkəs razılaşması əldə olunub.

Musavat.com xəbər verir ki, tərəflər arasında uzun müddətdir davam edən gərginlikdən sonra əldə edilən bu razılaşma, bölgədə sabitliyin bərpası və zorakılığın qarşısının alınması baxımından vacib diplomatik addım kimi qiymətləndirilir.

Razılaşmanın detalları hələlik açıqlanmasa da, ilkin mərhələdə hərbi əməliyyatların dayandırılması və tərəflərin nəzarətindəki ərazilərdə status-kvonun qorunması nəzərdə tutulur.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, bu razılaşma Suriyanın daxili sabitliyi və dini-etnik icmalar arasında münasibətlərin yumşalması üçün mühüm fürsət yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR