İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Qəzza ilə bağlı ÖNƏMLİ QƏRAR - Yaxın həftələrdə...

Böyük Britaniya hökuməti yaxın həftələrdə Qəzzadan 300-ə qədər uşağın təxliyəsini nəzərdə tutan xüsusi humanitar proqram başlatmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, plana əsasən, hər bir uşaq valideyn və ya qəyyumla, ehtiyac olduqda isə qardaş və bacılarla birlikdə Böyük Britaniyaya köçürüləcək.

Bu təşəbbüs artıq fərdi şəkildə üç uşağı müalicə üçün Londona gətirən və bu sahədə təcrübəsini hökumətlə bölüşən Project Pure Hope xeyriyyə təşkilatının fəaliyyəti ilə paralel həyata keçirilir.

NICEF-in məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada minlərlə uşaq öldürülüb və ya yaralanıb.

Proqram, artan ictimai və siyasi təzyiqlərin fonunda qərara alınıb və hazırda Qəzzada baş verən humanitar böhrana cavab olaraq qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR