İnsanlara hürriyət, millətlərə istiqlal!

Leninqrad vilayətində qatar turist avtobusuna çırpılıb

Leninqrad vilayətində dəmiryol keçidində yük qatarı turist avtobusu ilə toqquşub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində ölən və yaralananlar var.

Qəza "İnema" stansiyası yaxınlığındakı nizamlanan dəmiryol keçidində baş verib.

Nəqliyyat prokurorluğu qəza faktını təsdiqləyib. Hadisənin dəqiq təfərrüatları hələlik açıqlanmayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Eyni zamanda, "RİA Novosti" agentliyi "Oktyabrskaya Dəmir Yolu"na istinadən iki nəfərin öldüyünü və on nəfərin yaralandığını bildirib.

Hadisə yerində təcili xidmətlər işləyir. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR