İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada 20 yaşlı qadın itkin düşüb - DİN-dən AÇIQLAMA

Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

"Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də, olduğu yer barədə məlumat verməkdən imtina edib. Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir", - açıqlamada deyilir.

***

Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində 20 yaşlı Şəfa Nüsrət qızı Bayrızadə itkin düşüb.

Bu barədə onun əmisi Ülfət Bayrıyev Oxu.az-a məlumat verib.

O vurğulayıb ki, qardaşı qızı iyulun 28-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əmisi, həmçinin bildirib ki, Şəfa Bayrızadənin bir övladı var və onun həyat yoldaşı hazırda hərbi xidmətdədir.

Onu görənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 077 634 02 01

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR