Onlayn ictimai-siyasi qəzet
Yeni ticarət rüsumlarının tətbiqindən büdcəya daxil olan əlavə gəlirlər hesabına Amerika vətəndaşlarına dividendlər ödənilməsi istisna olunmur.
Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp jurnalistlərlə söhbətində deyib: "Çoxları istərdi ki, biz ölkəmizin xalqına dividendlər ödəyək. Mən də bu variantı nəzərdən keçirirəm".
Eyni zamanda Amerika liderinin sözlərinə görə, o, həm də əldə olunan gəlirdən dövlət borcunu ödəmək üçün vəsait ayırmaq istəyir.
Qeyd edək ki, iyulun 31-də Tramp 60-dan çox ölkədən gələn mallara 15 faizdən 41 faizə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.
Bloomberg-in məlumatına görə, ABŞ-ın ticarət tərəfdaşları üç qrupa bölünüb. Aprel ayından etibarən qüvvədə olan 10 faizlik baza tarifi əksər ölkələr üçün saxlanılıb. Bu, ABŞ-ın idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə aiddir.
15 faizlik minimum tarif ticarət kəsiri olan 40-a yaxın ölkəyə təsir edəcək. ABŞ ilə müqavilə bağlamamış və ya onun xeyrinə əhəmiyyətli ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr nəzərdə tutulur.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ