İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın strateji nüvə sualtı qayığına dair MƏXFİ SƏNƏDLƏRİ ələ keçirdi

Kiyev Rusiyanın nüvə sualtı qayığı “Knyaz Pojarski”nin gizli sənədlərini ələ keçirib.

Musavat.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (ГУР) Rusiyanın ən müasir strateji atom sualtı qayığı K-555 “Knyaz Pojarski” (955A “Borey-A” layihəsi) ilə bağlı mühüm daxili sənədləri yayıb.

Açıq olunan materiallara ekipaj üçün döyüş təlimatları, gəminin idarəetmə sxemləri, mühəndis sənədləri, zədələnmiş radiobuoyla bağlı akt, hermetikləşmə planları, döyüş növbətçiliyi qrafiki və heyətin fiziki hazırlıq göstəriciləri, vəzifələri və ixtisasları üzrə siyahılar daxildir.

GUR-un məlumatına görə, bu sənədlər “Knyaz Pojarski”yə aid olmaqla yanaşı, eyni layihəyə əsaslanan digər “Borey-A” sinfi sualtı qayıqların texniki xüsusiyyətləri və zəif tərəflərini də üzə çıxarır.

Qayıq 16 ədəd “Bulava” ballistik raketlə təchiz olunub və hər bir raket bir neçə nüvə başlığı daşıya bilir.

Bu məlumatlar Ukrayna üçün Rusiyanın strateji nüvə qüvvələrində kritik zəifliklərdən istifadə etmək imkanı yaradır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR