İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada içənlərin sayı azalıb

2025-ci ilin ilk 6 ayında Rusiyada alkoqollu içki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azalaraq 98,76 milyon dekalitr təşkil edib.

Musavat.com-un xəbərinə görə, bu barədə rəsmi statistika məlumatları xəbər verir.

Azalmanın əsas səbəbləri arasında aksiz vergisinin artımı və minimum qiymət həddinin yüksəldilməsi göstərilir. Yeni aksiz dərəcələri 2025-ci ilin yanvarında qüvvəyə minib, nəticədə mağazalardakı içkilərin qiymətləri kəskin bahalaşıb.

Mütəxəssislərin fikrincə, ruslar doğrudan da daha az içməyə başlayıblar, lakin bunun arxasında sağlam həyat tərzinə keçid yox, sadəcə maddi sıxıntılar və qənaət etmə zərurəti dayanır. Yəni içki istehlakındakı azalma daha çox iqtisadi səbəblərlə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR