İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml bütün ideoloji İTlərini Azərbaycanın üzərinə töküb” – Rauf Arifoğludan sərt açıqlama

Tanınmış jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “TV Müsavat”ın efirində yayımlanan “Canlı Debat” proqramında jurnalist Sevinc Telmanqızının suallarını cavablandırarkən, Rusiya-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliklə bağlı sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Rauf Arifoğlu bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə son 34 ildə – yəni Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri – ilk dəfədir ki, bu qədər sərt ritorika, qarşılıqlı nifrət dili və informasiya savaşı müşahidə olunur:

“Bəli, Rusiya hər zaman Azərbaycana qarşı haqsız mövqe tutub, Ermənistanı silahlandırıb, dəstəkləyib, amma bunu indiyə qədər arxa planda edirdi. İndi isə vəziyyət dəyişib – Kreml ilk dəfədir ki, bütün ideoloji köpəklərini – Salavyovları, Simonyanları, Zatulini, Mardanları, Mixalkovları və digər ideoloji aparatına bağlı şəxsləri Azərbaycan üzərinə qısqırtmaqdadır”.

Əməkdar jurnalist qeyd edib ki, bu aqressivlik təkcə Ermənistanla bağlı deyil, daha geniş və strateji səbəblərlə bağlıdır:

“Bu qədər ciddi daxili və xarici problemlərlə, Ukrayna cəbhəsindəki fəlakətli vəziyyətlə üz-üzə qalan Rusiya niyə birdən-birə bütün gücünü Azərbaycana qarşı informasiya hücumuna yönəldir? Bu sualın cavabı budur ki, Rusiya üçün Azərbaycan artıq sadə qonşu deyil, strateji təhdid kimi görünür. Demək ki, Azərbaycanın atdığı addımlar – enerji siyasəti, geosiyasi mövqeyi, Zəngəzur dəhlizi, Qərbə inteqrasiya və Yaxın Şərqdə Türkiyə ilə ortaq çalışmaları – Kremli ciddi şəkildə narahat edir”.

Rauf Arifoğlunun sözlərinə görə, Xankəndi mərkəzli informasiya hücumları erməni rəssam Ayvazovskiyə görə başlamayıb – bu, sadəcə bəhanədir. Əsl səbəb Azərbaycan Prezidentinin Qlobal Media Forumda məhz Xankəndidən səsləndirdiyi strateji mesajlardır.

“Rusiyanı qıcıqlandıran Ayvazovski yox, həmin tribunalardan verilən qətiyyətli siyasi siqnallardır. Kreml bu mesajları birbaşa təhdid kimi alqılayıb və cavab olaraq informasiya müharibəsi başladılıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR