Onlayn ictimai-siyasi qəzet
“ABŞ-ın vasitəçiliyi ilə əldə oluna biləcək mümkün razılaşma Ermənistan üçün təhlükəsizlik baxımından problemli ola bilər”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ regionda təbii geosiyasi iştirak imkanlarından məhrumdur və bu cür razılaşmalar sahədə real vəziyyəti dəyişmir.
Aşotyan Ermənistan hakimiyyətinin uzun müddətdir Azərbaycanla danışıqlarda vasitəçiyə ehtiyac olmadığını iddia etməsini “yalan” adlandırıb və 2020-ci ilin 26 oktyabrında Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunan, lakin bir neçə saat davam edən atəşkəs razılaşmasını xatırladıb.
Erməni siyasətçinin fikrincə, Donald Trampın məqsədi Nobel Sülh Mükafatını qazanmaqdır və “Tramp üslubunda” Ermənistan-Azərbaycan münaqişəsinin həlli bu istiqamətdə ona növbəti “bonus” ola bilər.
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ