İnsanlara hürriyət, millətlərə istiqlal!

PKK Suriyada Rusiya silah anbarlarını ələ keçirir: ABŞ texniki heyət gətirir, hava hücumundan müdafiə sistemi qurulur -FOTO

Türkiyənin “Sabah” qəzetinin yayımladığı məlumata əsasən, Suriyanın şimal və şərq bölgələrində yerləşən bir sıra Rusiya hərbi obyektləri hazırda PYD/YPG qruplaşmaları və ABŞ xüsusi təyinatlıları tərəfindən nəzarətə götürülərək talan olunur.

Musavat.com xəbər verir ki, qeyd olunan bu silahlı birləşmələr beynəlxalq mediada “Suriya kürdlərinin müdafiə qüvvələri” kimi təqdim olunsa da, PKK ilə ideoloji və təşkilati bağlılıqları səbəbilə Türkiyə və region ölkələri tərəfindən terrorçu qruplaşmaların törəmə struktur və qanadları kimi qiymətləndirilir.

Məlumatlara görə, Kamışlı və Deyr əz-Zor hava limanları, Kəvkəb hərbi bazası və Ayyaşdakı silah anbarları bu qüvvələrin nəzarətinə keçib. Paylaşılan kadrlarda T-72 tankları, BMP-1 zirehli döyüş maşınları və ilk dəfə olaraq sovet istehsalı 2K12 “Kub” zenit-raket buraxılış qurğuları müşahidə olunub.

Hərbi ekspertlər qeyd edirlər ki, bu buraxılış qurğularının mövcudluğu həmin silahların idarəolunma, radar və atəşə nəzarət sistemlərinin də yaxınlıqda yerləşdiyini göstərir. Bu isə artıq PYD/YPG qruplarının hava hücumundan müdafiə imkanlarını genişləndirməyə başladığını göstərir.

Sabah.com.tr-nin yazdığına görə, ABŞ bu sistemlərin təkmilləşdirilməsi və işə salınması üçün yaxın günlərdə Ukraynadan texniki heyət və lazımi avadanlıqlar gətirməyə hazırlaşır. Məqsəd, Suriyadakı PYD/YPG qüvvələrinin pilotsuz uçuş aparatlarına və potensial hava hücumlarına qarşı müdafiə qabiliyyətini artırmaq və beləliklə, Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hava üstünlüyünü balanslaşdırmaqdır.

Bu infrastruktur peyklər, radar sistemləri və uzaqdan idarəetmə texnologiyası ilə dəstəklənəcək partizan tipli hava müdafiə şəbəkəsi formasında qurulacaq. Müşahidəçilər bildirir ki, bu, əslində, PKK -nın şəkildəyişdirməsi olan PYD/YPG-nin terrorçu birləşmə kimi deyil, geosiyasi aktor kimi formalaşdırılması planının tərkib hissəsidir.

Bölgədə baş verən bu transformasiya İsrailin də diqqətindən yayınmayıb. Hərbi mənbələrin yaydığı məlumata görə, İsrail aviasiyası Kamışlı yaxınlığında bir neçə simvolik hava zərbəsi endirib. Bu zərbələrin məqsədi, ehtimal ki, PYD/YPG-nin artan hərbi potensialını cilovlamağa və bölgədə balansı qorumağa yönəlib.

Foto: Ayyaş bölgəsində çəkilmiş görüntülərdə TIR-larla daşınan T-72 tankları və zirehli texnika görünür

Mənbə: Sabah.com.tr – “Suriye’de PKK’dan SSCB Tipi HAM Stratejisi”

ZƏRURİ İZAHAT:

• PKK (Kürdüstan Fəhlə Partiyası) – Türkiyə, ABŞ və Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Mərkəzi qərargahı Qəndildədir. Hərbi qanadı HPG-dir. PKK güya silah buraxmaqla bağlı Türkiyə dövləti ilə anlaşıb. Amma görünın budur ki, əslində şəkil dəyişdirib.

• PYD (Demokratik Birlik Partiyası) – Suriyanın şimalında siyasi partiya olaraq fəaliyyət göstərir, PKK-nın Suriya qolu kimi tanınır.

• YPG (Xalq Müdafiə Dəstələri) – PYD-nin silahlı qanadıdır. Rəsmi olaraq “Suriya kürdlərinin özünümüdafiə qüvvəsi” kimi təqdim olunur, lakin struktur və liderlik baxımından PKK ilə tam əlaqəlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR