İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İlon Maskın Starlink peyklərinə hücum edə bilər

Çin, ABŞ-ın SpaceX şirkətinə məxsus Starlink peyklərinin hərbi məqsədlərlə istifadə oluna biləcəyindən ehtiyat edərək, onları neytrallaşdırma imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, Associated Press-in məlumatına görə, Pekin bu məqsədlə müxtəlif ssenariləri müzakirə edir — o cümlədən:

  • siqnalların elektron müdaxilə ilə kəsilməsi və ya lazer və ion mühərrikləri ilə təchiz olunmuş “zərbə peyklərinin” orbitə buraxılması.

Hazırda Starlink-ə məxsus təxminən 8000 peyk fəaliyyət göstərir ki, bu da Yer orbitindəki bütün kosmik aparatların təxminən üçdə ikisini təşkil edir.

Çin hərbçiləri bu infrastrukturun qlobal hərbi üstünlük yaratdığına inanır. Qeyd olunur ki, Starlink şəbəkəsinə Çin, İran və Şimali Koreyada (KXDR) giriş bloklanıb. Bu isə həmin ölkələrin texnoloji və informasiya təhlükəsizliyinə dair narahatlıqları daha da artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR