İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkanda qadın ərini qətlə yetirdi – QANLI AİLƏ DRAMI

Xəzər rayonu, Türkan qəsəbəsində bir ailənin həyatını alt-üst edən qanlı cinayət hadisəsi baş verib.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə avqustun 4-də Türkan qəsəbəsinin Xanlar küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Natiq Fərhad oğlu Quliyev həyat yoldaşı tərəfindən bıçaq zərbəsi ilə qətlə yetirilib. Qan itkisindən vəfat edən kişinin meyiti məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün aidiyyəti quruma təhvil verilib.

Mərhumun usta kimi işlədiyi, əsasən evlərdə təmir işləri görməklə ailəsini dolandırdığı məlum olub.

Onların 3 yaşlı bir övladı var. Azyaşlı qız uşağı xəstəxanada müalicə alırmış və avqustun 4-də evə buraxılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR