Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampa qarşı cinayət işlərinə rəhbərlik etmiş keçmiş xüsusi prokuror Cek Smitlə bağlı araşdırma başladılıb.
Musavat.com xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazıb.
Qəzetin xəbərinə görə, federal dövlət qulluqçularının davranışlarına nəzarət edən qurum Smitin fəaliyyəti üzrə istintaq aparır.
Bu proses respublikaçı senator Tom Kottonun təşəbbüsü ilə reallaşıb.
Kotton Smiti 2024-cü ildə keçiriləcək prezident seçkilərinə siyasi təsir göstərməkdə ittiham edir. Hazırda məsələyə dair geniş araşdırma aparılır.
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ