Onlayn ictimai-siyasi qəzet
Məşhur iş adamı, müğənni Emin Ağalarov Qarabağa səfəri ilə gündəmə gəlib.
Musavat.com bildirir ki, onun səfərlə bağlı paylaşımı həm də seçdiyi musiqi ilə də diqqət çəkib.
Emin Ağalarov bu səfərinin videosunu Azərbaycan muğamının incisi “Bayatı-Şiraz” musiqisi sədaları altında təqdim edib. O, səfərini “qısa, lakin çox vacib” adlandıraraq qeyd edib:
“Qarabağ bölgəsinə qısa, lakin çox vacib bir səfər. Gün ərzində Ağdam şəhəri, Füzuli şəhəri, Tuğ kəndi (Xocavənd rayonu) və Hadrut kəndini ziyarət etdik”.
Səfər zamanı Emin Ağalarov dağıntılar arasında dirçəlməkdə olan şəhərləri, tarix və mədəniyyətin yenidən nəfəs almağa başladığı bölgələri ziyarət edib. Xüsusilə Tuğ kəndində yerləşən qədim alban kilsəsini ziyarət etməsi diqqət çəkib.
Emin Ağalarovun Qarabağa səfəri və paylaşımı sosial şəbəkələrdə geniş maraqla qarşılanıb. İzləyicilər onun həm musiqi, həm məkan baxımından zərif düşünülmüş təqdimatını yüksək qiymətləndiriblər.
Xalidə Gəray,
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ