İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Pakistanda qonşuluq mesajı verdi: İranın xarici siyasətinin əsas prinsipi açıqlandı

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Tehranın xarici siyasətində qonşulara xüsusi önəm verildiyini bəyan edib.

O bildirib ki, mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq İslam Respublikasının xarici siyasətinin təməl sütunlarındandır.

“Biz Pakistana yalnız qonşu kimi deyil, qardaş ölkə kimi baxırıq”, – deyə Pezeşkian vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Tehran və İslamabad arasında regional və beynəlxalq məsələlər üzrə geniş fikir birliyi mövcuddur:

“Region ölkələrinin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır və yalnız sülh və sabitlik şəraitində iqtisadi və ticarət əlaqələrinin inkişafı mümkündür”.

Mətbuat konfransında həmçinin Fələstin, Livan və Suriya məsələləri də diqqət mərkəzində olub.

Pezeşkian Qəzzada davam edən soyqırımın və regionda destabilizasiyaedici fəaliyyətlərin dərhal dayandırılmasının vacibliyini bildirib.

Pezeşkianın bu açıqlamaları İranın yeni dövrdə xarici siyasətində sabitlik, iqtisadi inteqrasiya və ideoloji həmrəylik çağırışlarını ön plana çıxardığını göstərir.

Musavat.com xatırladır ki, 3 gün öncə, Zəncanda olarkın Pezeşkian Azərbaycanla bağlı da mehriban qonşuluq mesajı vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR