Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Xerson şəhərinə növbəti dəfə hava zərbəsi endirib.
Musavat.com xəbər verir ki, Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, hücum şəhərin körpülərindən birinin yaxınlığında qeydə alınıb.
Hazırda zərər və tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.
Xerson Şəhər Hərbi Administrasiyası bildirir ki, pilotsuz uçuş aparatlarının fəallaşması və təkrar hücumlar səbəbindən körpüdən nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Qeyd edək ki, bu, son iki gündə Xersona endirilən ikinci zərbədir. Avqustun 2-də şəhərin Korabelnı rayonuna iki idarəolunan aviabomba atılıb, nəticədə körpüyə ciddi ziyan dəyib.
Ukrayna polisinin məlumatına görə, son sutka ərzində Xerson vilayətində baş verən atışmalar nəticəsində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ