İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin komandan təyin etdiyi Krivonojko KİMDİR.. - DOSYE

Ukrayna prezidenti Volodimir Zelenski general-leytenant Anatoli Krivonojkonu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı Telegram-da məlumat verib.

"Bu gün mən general-leytenant Anatoli Krivonojkonu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin baş komandanı təyin etdim. Ən önəmlisi isə odur ki, gələcəkdə Ukraynanın döyüş aviasiyası ilə hava hücumundan müdafiə qüvvələri hərtərəfli və səmərəli qarşılıqlı fəaliyyət şəraitində inkişaf edəcək. Ukraynaya güc və qələbə arzulayıram”, – Zelenski bildirib.

UNIAN xəbər verir ki, Anatoli Krivonojko bundan əvvəl Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edirdi.

2024-cü il avqustun 30-da prezident Zelenski Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin əvvəlki komandanı, general-leytenant Nikolay Oleşçuku vəzifəsindən azad edib. Fərmanda işdən çıxarılma səbəbi göstərilməyib. Dövlət başçısı həmin gün yayılan videomüraciətində “indi nəticə çıxarmaq vaxtıdır” deyərək komandirin dəyişdirilməsini zəruri sayıb. O, Ukraynanın bütün hərbi pilotlarına, mühəndislərinə, mobil atəş dəstələrinin əsgərlərinə və hava hücumundan müdafiə ekipajlarına təşəkkürünü bildirib, eyni zamanda komandanlıq səviyyəsində gücləndirmə və şəxsi heyətə daha çox qayğı göstərilməsinin vacibliyini vurğulayıb.

Həmin gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski isə əvvəlcə Mərkəzi Hava Komandanlığına rəhbərlik etmiş Anatoli Krivonojkonu Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən təyin edib.

Qeyd edək ki, Krivonojko 2006-2008-ci illərdə 114-cü taktiki aviasiya briqadasının komandiri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR